Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda  

Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda   Fransa Avroa İttifaqının aparıcı dövlətlərindəndir. Bununla belə o, həm də Avropanın daha çox problemi olan ölkəsidir.
Analitika
19 Yanvar , 2022 15:44
Fransanın çoxsaylı problemlərindən qaçan Pekres “Müqəddəs Ana” rolunda  

Fransa Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindəndir. Bununla belə o, həm də Avropanın daha çox problemi olan ölkəsidir.

Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd, il-de-Frans bölgəsinin başçısı Valeri Pekres ölkəsində çoxsaylı problemlərdən, onların həlli istiqamətində atacağı addımlardan danışıb, proqramını açıqlamaqdansa xarici siyasət məsələsində “özünü sınamaq” qərarına gəlib.

Yanvarın 12-də prezidentliyə namizəd Ermənistana səfər edib. “Europe 1”ə müsahibəsində səfərinin məqsədi barədə danışan Pekres deyib: “Yaxın Şəqrdə xristianların məsələsi məni daha çox narahat etdiyi üçün Ermənistana səfər etdim. Ona görə Ermənistanı müdafiə etmək çox vacibdir”.

Bu bəyanatdan göründüyü kimi, Pekres dünyanın siyasi xəritəsini yaxşı bilmir. Hər kəsə məlumdur ki, Ermənistan Yaxın Şərq deyil, Cənubi Qafqaz ölkəsidir. Yaxın Şərq ölkələrində yaşayan xristianların vəziyyətini öyrənmək üçün isə Ermənistana deyil, Livan, Suriya, İraq, İrana səfər etməyə ehtiyac var. Çünki Yaxın Şərqdə yalnız erməni etnik qrupunun nümayəndələri xristian deyil.

Fransanın dövlət başçısı olmaq istəyən bu xanımın məqsədinin başqa olduğu elə bu bəyanatdan da bilinir. Coğrafi yerləri və bölgələri qarışdıran Pekres Yaxın Şərq adı ilə Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq səfər edib. Belə çıxır ki, o, Livandakı xristianların vəziyyətini Qarabağa qanunsuz olaraq gəlməklə öyrənəcəkmiş.

Fransada onun prezident seçilib-seçilməməsi məsələsini müzakirə etmək istəmirik. Ancaq dövlət başçısı olmaq iddiasını irəli sürən bir siyasətçinin beynəlxalq hüquq normalarına əməl etməməsi təəssüf doğurur.

Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Vasitəçinin prezidentliyə namizədinin başqa dövlətin suveren hüquqlarına hörmət etməməsi böyük ayıbdır, ona etimadı və etibarı azaldır.

Xanım Pekres özünü xarici siyasətdə sınamaqdansa, ölkəsinin çoxsaylı sosial problemlərinn həllinə yardım etməklə elə xristian kimi öz borcunu yerinə yetirə bilər.

Fransada başlıca problemlərindən bəzilərini onun yadına salırıq:

- Fransa əhalisi qocalır

- həyat səviyyəsi və keyfiyyət kəskin aşağı düşür

- ölkədə dinlərəarası və entiklərarası münaqişələr güclənir

- miqrantlar arasında qanun pozuntuları və cinayətkarlıq surətlə yayılır

- işsizlərin sayı artmaqdadır

- sosial asılılıq geniş yayılıb

- Fransanın dövlət büdcəsinin yüklənməsi artır

- ölkənin yerli sakinləri arasında narazılıqlar artır və s.

Pekresin iddia etdiyi dini məsələ Fransada irqi ayrı-seçkilik səviyyəsindədir. Onun yaşadığı cəmiyyətdə fərqli mədəniyyətlərə dözümsüzlük günü-gündən güclənir.

Bütün bunları dilə gətirən “Sarı jiletlilərin” 25-dən artıq tələbinə bu günədək əməl edilməyib.

Onlar vergidə reformlar üçün ümumxalq məclisinin çağrılmasını, vətəndaşın vəziyyətindən asılı olaraq 25 faizdən artıq verginin qadağan olmasını, minimal əmək haqqının artırılmasını, təqaüdlərin 40 faiz qaldırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin açılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, bank inhisarlığının azaldılmasını, daxili borcun ləğv edilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, keçmiş məhbus şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan olunmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, miqrant axınına son qoyulmasını istəyirdilər.

Belə görünür, Valeri Pekres Fransanın sosial həyatındakı problemləri həll etməkdə gücsüzdür. Erməni lobbisinin yardımı ilə o, bu acizliyini gizlətməyə çalışır. Ona görə də özünü xristianların müdafiəçisi, fədakar “Müqəddəs Ana” rolunu oynamaqda sınayır.

Son xəbərlər

Orphus sistemi