Fransalı siyasətçi: "ABŞ bir sıra beynəlxalq məsələlərdə Aİ-nin fikri ilə hesablaşmır"

Fransalı siyasətçi: "ABŞ bir sıra beynəlxalq məsələlərdə Aİ-nin fikri ilə hesablaşmır" Almatı. 29 may. REPORT.AZ/ ABŞ Avropa İttifaqına (Aİ) hörmət etmir və bir sıra beynəlxalq məsələlərdə, o cümlədən İranın nüvə sazişi məsələsində Aİ-nin fikri ilə hesablaşmır.
Analitika
29 May , 2018 13:25
Fransalı siyasətçi: ABŞ bir sıra beynəlxalq məsələlərdə Aİ-nin fikri ilə hesablaşmır
Getty

Almatı. 29 may. REPORT.AZ/ "ABŞ Avropa İttifaqına (Aİ) hörmət etmir və bir sıra beynəlxalq məsələlərdə, o cümlədən İranın "nüvə sazişi" məsələsində Aİ-nin fikri ilə hesablaşmır".

Bunu "Report"a fransalı siyasətçi, Fransanın sabiq nəqliyyat naziri Tyerri Mariani deyib.

"Avropa - Fransa, Almaniya, Böyük Britaniyanı nəzərdə tuturam - ilə ABŞ İranın "nüvə sazişi" məsələsində tamamilə fərqli mövqedə dayanır. İran sazişə hörmətlə yanaşır. Əks təqdirdə biz də müqaviləyə xitam verərdik. Amma bunun üçün heç bir şərait yoxdur. Tərəflər saziş əldə olunmasına çox vaxt sərf edib razılığa gəliblər. ABŞ isə İrana düşmən və təhlükə gözü ilə baxdığından sazişə hörmət etmir", - T.Mariani bildirib.

Onun sözlərinə görə, hazırda strateji dövrdür: "Avropa artıq ABŞ-ın liderliyini daha az qəbul edir. Əvvəllər ABŞ Avropa ölkələrinə müttəfiq kimi baxırdı, indi isə Tramp Avropa ilə məsləhətləşmədən qərarlar qəbul edir. Rəsmi Vaşinqton fikirləşir ki, ABŞ hansısa qərar qəbul edibsə, Avropa onun yanında dayanmalıdır".

Son xəbərlər

Orphus sistemi