Ərdoğanın müşaviri: "Ölkələrimizə qarşı ikili standartlara ən böyük cavab daha sıx həmrəylikdir" 

Ərdoğanın müşaviri: "Ölkələrimizə qarşı ikili standartlara ən böyük cavab daha sıx həmrəylikdir"  "Türkiyə və Azərbaycan arasındaki siyasi və diplomatik əlaqələr fövqəladə səviyyədədir. Xüsusilə bu əlaqələri şanlı Qarabağ zəfərinin açarı kimi qiymətləndirirəm"
Analitika
14 Yanvar , 2022 19:36
Ərdoğanın müşaviri: Ölkələrimizə qarşı ikili standartlara ən böyük cavab daha sıx həmrəylikdir 

"Türkiyə və Azərbaycan arasındakı siyasi və diplomatik əlaqələr fövqəladə səviyyədədir. Xüsusilə bu əlaqələri şanlı Qarabağ zəfərinin açarı kimi qiymətləndirirəm".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Prezidentinin müşaviri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Mesut Hakkı Caşın bildirib.

O qeyd edib ki, iki qardaş ölkə arasında 30 il öncə yenidən bərpa edilən diplomatik əlaqələr 1990-cı illərin birinci yarısından sonra bölgədə müəyyən dəyişikliklərin olacağına işarə edirdi: "Bu gün daha qüvvətli şəkildə bütün digər sahələr kimi diplomatik sahədə də genişləndirilməkdə olan Azərbaycan-Türkiyə əlaqələri qarşıdakı bir neçə ildə bütün Qafqaz regionunda sülhün təmin edilməsi üçün son dərəcə vacib parametrdir".

Azərbaycan və Türkiyənin çoxşaxəli əməkdaşlığının beynəlxalq müstəvidə də gücləndirilməsinin önəminə toxunan M.H.Caşın bütün xarici əngəlləri birgə aşmağın mümkün olduğunu qeyd edib:

"Ölkələrimizə qarşı ikili standartların tətbiqi, siyasi-iqtisadi təzyiqlərə ən böyük və təsirli cavab siyasi, hərbi, iqtisadi, sənaye və digər sahələr kimi məhz diplomatik sahədə də daha sıx həmrəylik və əməkdaşlıq olacaq".

Son xəbərlər

Orphus sistemi