Ekspertlər: Rəsmi Bakının bloger Lapşinlə bağlı addımları qanuni və haqlıdır - RƏY

Ekspertlər: Rəsmi Bakının bloger Lapşinlə bağlı addımları qanuni və haqlıdır - RƏY "Lapşinin başqa ölkənin vətəndaşı olması onun Azərbaycanda cəzalandırılmaq yükündən azad olması demək deyil"
Analitika
8 Fevral , 2017 14:19
Ekspertlər: Rəsmi Bakının bloger Lapşinlə bağlı addımları qanuni və haqlıdır - RƏY

Bakı. 8 fevral. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, rəsmi Bakının bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası kontekstində atdığı bütün addımlar tamamilə qanuni və haqlıdır.

Minskdan Bakıya ekstradisiya olunan bloger Aleksandr Lapşin fevralın 7-də axşam saatlarında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarına təhvil verilib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu A.Lapşinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açıb. Bu maddələr 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

A.Lapşin Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan 2011-ci ilin aprel ayılnda və 2012-ci ilin oktyabr ayında qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Aleksandr Karavayev

"Lapşin avantürist və macəra axtaran adamdır. O, Dağlıq Qarabağa təkrar gedişi və siyasi bəyanatlarl ilə vəziyyəti daha da kəskinləşdirib", - deyə rusiyalı politoloq, MDB ölkələrinin öyrənilməsi mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev "Report"a açıqlamasında bildirib.

O, rəsmi Bakının Lapşinlə bağlı atdığı bütün addımların tamamilə qanuni və haqlı olmasını xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər faktları keçmişdə də olub, amma Lapşin kimi bunu nümayişkaranə edənlər azdır.

Ekspert bu cür qanun pozanlar arasında həmçinin estrada və şou-biznes ulduzlarının olduğunu və onların, məsələn, rusiyalı müğənni Soso Pavliaşvili kimi, ictimai şəkildə üzr istədiyini xatırladıb. İnstitutun baş direktorunun müavini Azərbaycandan üzr isməklə hüquqi sahəyə qayıtmağın mümkünlüyünü vurğulayıb.

İlqar Vəlizadə

Azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib ki, blogerin Azərbaycana ekstradisiyası bütün hüquqi normalara riayət olunmaqla həyata keçirilib və buna görə də bu məsələ siyasi spekulyasiyaların predmeti ola bilməz.

O, Belarus prokurorluğunun "Lapşin işi"ni araşdırmaq və müvafiq ekspertiza keçirmək üçün kifayət qədər vaxtının olduğunu və sonda bu işdə qanun pozuntusu halları olduğu qənaətinə gəldiyini qeyd edib. Onun sözlərinə görə, cinayətkarların ekstradisiya ilə bağlı müvafiq ikitərəfli razılaşmalar əsasında rəsmi Minsk Azərbaycan tərəfinin vəsatətini təmin edib.

"Qeyd etmək lazımdır ki, rəsmi Bakı haqlı olaraq Lapşinin hərəkətlərində ekstremist motivlər olması qənaətinə gəlib və bu səbəbdən Cinayət Məcəlləsinin məlum maddələri ilə cinayət işi açıb. Lapşinin Rusiya vətəndaşı olması onun Azərbaycanda cəzalandırılmaq yükündən azad olması demək deyil. Özü də o, qanunsuz şəkildə respublika ərazisində olmaqla, separatçılıq və ekstremizmi təbliğ edərək Azərbaycana qarşı qarayaxma kampaniyası keçirib. Maraqlıdır ki, Azərbaycan vətəndaşı qanunsuz olaraq Rusiya sərhədini keçib Rusiya Federasiyasının subyektlərindən birinin ayrılmasını təbliğ etsəydi, bu fəaliyyətini Rusiyadan kənarda da davam etdirsəydi, Rusiya tərəfi necə addım atardı?!" - ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi