Yuxarı

Ekspert: "Növbədənkənar seçkilərin keçirilməsi "üçüncü qüvvələr"ə Qazaxıstanda sabitliyi pozmağa imkan verməyəcək - ŞƏRH

Geosiyasi trendlər kontekstində Mərkəzi Asiya bu gün potensial risk faktorlarına məruz qalır

Bakı. 19 fevral. REPORT.AZ/ Qazaxıstanın qarşısında bu günün reallığında yalnız hazırkı prezident Nursultan Nazarbayev və onun komandasının həll edə biləcəyi məsələlər durur. Bu barədə "Report"a siyasi elmlər namizədi, Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun aparıcı eksperti Zöhra Əzizova parlamentin aşağı və yuxarı palatalarının Qazaxıstanda növbədənkənar seçkilərin keçirilməsini dəstəkləməsi haqqında sualı şərh edərkən bildirib. 

"Qazaxıstan Xalq Assambleyasının müraciətində səsləndirilən səbəblər kifayət qədər tutarlıdır. Bu təşəbbüsün Assambleya tərəfindən səslənməsi müəyyən məna kəsb edir, xüsusilə Assambleya ili elan olunan cari ildə", - Z.Əzizova qeyd edib. 

O deyib ki, geosiyasi trendlər kontekstində Mərkəzi Asiya bu gün potensial risk faktorlarına məruz qalır.

"Belə şəraitdə növbədənkənar seçkilərin keçirilməsi hazırkı iqtidarın opponenti olan "üçüncü qüvvələr"ə ölkədəki siyasi-itisadi vəziyyəti pozmağa yönələn müəyyən tədbirləri təşkil etməyə imkan verməyəcək", - siyasi elmlər namizədi vurğulayıb. 

O, "üçüncü qüvvələr"in seşkilərin gedişinə müdaxiləsini istisna etməyib.

"Qazaxıstan AİB-in ayrılmaz hissəsinə çevrilib, bununla da üzərinə böyük geosiyasi məsuliyyət və məqsədlər götürüb. Bu günün reallığında onları yalnız hazırkı prezident Nursultan Nazarbayev və onun komandası həll edə bilər", - ekspert vurğulayıb.

"Üçüncü qüvvələr"in müdaxiləsi haqqında sualı şərh edən politoloq nümunə kimi Özbəkistanı göstərib. Burada növbəti prezident seçkilərinə hazırlıq fonunda radikal islamçıların destruktiv fəaliyyətinin artması baş verir, bu da neqativ ssenarilərin inkişafını istisna etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi