Yuxarı
    Bağlamaq

    Ekspert: "Ermənistan hakimiyyəti Qarabağ münaqişəsi zonasında gərginliyin artmasını maraqları üçün istifadə edir" - ŞƏRH

    Heç kim danışıqlar prosesindən çıxmağı düşünmür, çünki prosesdən çıxış ölkənin imicinə və xarici siyasətinə ciddi zərbə vuracaq

    Bakı. 12 iyul. REPORT.AZ/ "Danışıqlar prosesi və Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttindəki vəziyyət ayrı-ayrı ssenari üzrə inkişaf edir və praktiki olaraq kəsişmir."

    Bu barədə "Report"a politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə baş tutan görüşünü şərh edərkən bildirib.

    "Ondan başlayaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun təşəbbüsü əsasında baş tutub. Başqa sözlə, görüş ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda keçirilib", - İ.Vəlizadə deyib.

    Politoloq Avstriya XİN başçısının münaqişə tərəflərinin nazirlərini qeyri-rəsmi görüşə çağırdığını xüsusi vurğulayıb: "Görüş layihəsiz, gündəlik müəyyənləşmədən keçirildi. Görüş zamanı münaqişəyə aid istənilən məsələ müzakirə edə bilərdi."

    Onun sözlərinə görə, görüşün təşəbbüskarı Avstriya tərəfi olduğundan görüşün məqsədini də məhz onlaq müəyyənləşdirib - Avstriyanın ATƏT-dəki sədrliyi çərçivəsində danışıqlar prosesini aktivləşdirmək. O, Avstriya tərəfinin mövcud vəziyyətin xüsusiyyətlərini nəzərə alaraq indi prezidentlərin görüşünün keçirilməsini təklif etdiyini vurğulayıb.

    "Buna görə də nazirlər S.Kurtsa tərəflərin görüşə hazırlıq üzərində işləməyə hazır olduğunu, amma ilkin olaraq, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşməyin zəruri olduğunu bildirib. Məhz həmin görüşdə prezidentlərin görüşü üçün konkret təklifləri və gündəliyin mövzularını müəyyənləşdirmək olacaq". Bu halda iş ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçiriləcək" - İ.Vəlizadə bildirib.

    O, tərəflərin gündəlikdəki məsələlərlə bağlı razılığa gələcəyi təqdirdə prezidentlərin görüşünün bu ilin sonuna qədər keçirilə biləcəyini istisna etməyib.

    Danışıqlar prosesinin gedişatı və cəbhə xəttindəki vəziyyət barədə danışan ekspert qeyd edib ki, artıq uzun müddətdir vəziyyət paralel istiqamətdə irəliləyir: "Danışıqlar prosesi öz yolu ilə gedir, cəbhə xəttindəki vəziyyət isə öz qanunları ilə irəliləyir. Bu mənada danışıqlar prosesi ilə cəbhə xəttindəki vəziyyətin kəsişdiyini görmürük."

    Onun sözlərinə görə, hər iki tərəf danışıqlar prosesindən narazı olsa da, heç kim danışıqlar prosesindən çıxmağı düşünmür, çünki prosesdən çıxış ölkənin imicinə və xarici siyasətinə ciddi zərbə vuracaq.

    O, həmçinin bu reallıqların üst-üstə düşdüyünü söyləyib.

    "Bu, xüsusilə ötən ilin aprel hadisələrindən sonra baş verir. Ön xətdəki vəziyyət danışıqlar prosesinin intensivləşdirilməsinə gətirib çıxardı. Danışıqlar prosesində ön xətdə hərbi əməliyyatların keçirilməsinə səbəb olan problemli hallar qeydə alındı. Lakin Sankt-Peterburq görüşündən sonra Ermənistanın istəyi əsasında Minsk qrupunun razılığı ilə səbəb-istintaq əlaqələri yoxa çıxdı. Minsk qrupu isə diqqəti atəşkəsin gücləndirilməsi üçün mexanizmlərin işlənib hazırlanmasına yönəltməyə çalışdı. Azərbaycan tərəfi təbbi ki, məsələnin bu cür qoyulmasından razı qala bilməz. Azərbaycan danışıqları Vyanada və Sankt-Peterburqda əldə olunan razılaşmalara - Azərbaycan torpaqlarının boşaldılması və qaçqınların qaytarılmasımna doğru yönəltməyə çalışır. Bu məsələlər olmadan Azərbaycan tərəfi danışıqlar masasına əyləşməz", - İ.Vəlizadə deyib.

    O, həmçinin Ermənistan hakimiyyətinin ictimai-siyasi vəziyyətin inkişafını özünə sərf edən istiqamətdə saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasını öz maraqları üçün istifadə etdiyini bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi