Ekspert: "Azərbaycandakı seçkilər rəsmi Bakıya xarici siyasi təzyiq səviyyəsini üzə çıxardı" - RƏY

Ekspert: "Azərbaycandakı seçkilər rəsmi Bakıya xarici siyasi təzyiq səviyyəsini üzə çıxardı" - RƏY "Türkiyədə keçirilmiş parlament seçkiləri Azərbaycanın xarici siyasi dayağını gücləndirir"
Analitika
4 Noyabr , 2015 11:12
Ekspert: Azərbaycandakı seçkilər rəsmi Bakıya xarici siyasi təzyiq səviyyəsini üzə çıxardı - RƏY

Bakı. 4 noyabr. REPORT.AZ/ "Azərbaycandakı parlament seçkiləri daxili siyasi gərginlik və rəsmi Bakıya xarici siyasi təzyiq səviyyəsini üzə çıxarmağa imkan verən "lakmus test"inə bənzədi". Bunu "Report"a açıqlamasında Qloballaşma və Sosial hərəkat İnstitutunun Beynəlxalq Siyasət Təhlil mərkəzinin rəhbəri, rusiyalı politoloq Mixail Neyjmakov deyib.

Onun sözlərinə görə, seçkilər dinc şəraitdə keçirilib. Ekspert, həmçinin ABŞ Dövlət Departamentinin bəyantını və Avropa diplomatiyasının kuratorunun rəsmi nümayəndəsi Federika Moqerininin rəsmi kommunikesini dəyərləndirib: "Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə müşahidə qrupu göndərməməsinə təəssüfünü siyasi etika xətrinə söyləyib. Elə həmin Avropa Şurası nümayəndələri yeni parlament heyəti ilə əmkdaşlıq edəcəklərini bildiriblər. Yaxın Şərqdəki gərginlik və Rusiyanın Xəzər dənizi hövzəsindəki fəallığı fonunda rəsmi Vaşinqton və Brüssel rəsmi Bakı ilə əməkdaşlıq münasibətləri sayəsində bu regionlara əlavə təsir imkanları qazanacağını düşünür".

Türkiyədə baş tutan seçkilərlə paralellər aparan M.Neyjmakov qeyd edib ki, noyabrın 1-də Türkiyədə keçirilmiş parlament seçkiləri də Azərbaycanın xarici siyasi dayağını gücləndirir: "Əlbəttə, Türkiyə hakimiyyətinin əsas diqqəti indi də Cənubi Qafqaza yox, Suriya və İraqdakı duruma yönələcək. Amma yenə də lazım olacağı təqdirdə rəsmi Bakıya yardım imkanları ən çox Ankarada olacaq".

Son xəbərlər

Orphus sistemi