Dünyanın koronavirus imtahanı – mərhələləri uğurla keçən Azərbaycan - ŞƏRH

Dünyanın koronavirus imtahanı – mərhələləri uğurla keçən Azərbaycan - ŞƏRH Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan lider ölkələr sırasındadır
Analitika
174
1 Aprel , 2021 12:11
 Dünyanın koronavirus imtahanı – mərhələləri uğurla keçən Azərbaycan - ŞƏRH

Koronavirusun dünya üçün real təhlükəsi davam edir. Ona qarşı mübarizə bütün dövlətlərin başlıca hədəfdir. Bu istiqamətdə Azərbaycan da beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən qəbul olunan bir çox addımlar atıb.

Ötən il martın 19-da Azərbaycan koronavirusdan müdafiə məqsdəi ilə qapanma rejiminə keçdi. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlərin görülməsi haqqında sərəncam imzaladı.

Həmin sənəddə bildirilirdi ki, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur. Prezidentin sərəncamı ilə 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı.

Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İşçi Qrup yaradıldı.

Prezidentin təşəbbüsü ilə koronavirusa qarşı birgə mübarizə aparmaq məqsədi ilə bir sıra beynəlxalq tədbirlər keçirilib.

Azərbaycanda peyvəndləmə Avropanın qabaqcıl ölkələri ilə eyni vaxtda (2021-ci il yanvarın 18-dən etibarən ) başlayıb. Bu baxımdan Azərbaycan COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır.

Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulur. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulub.

MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar.

Belə ki, 2021-ci il martın 31-nə olan məlumata görə, ölkədə koronavirus infeksiyasına qarşı 547,541 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Beləliklə, indiyədək Azərbaycan əhalisinin təxminən 5,4 faizi peyvəndlənib. Müqayisə üçün deyək ki, keçmiş SSRİ ölkələrindən Belarusda təxminən 20 000 nəfər pevənd olunub (2 faiz), Qazaxıstanda 110 861 nəfər (0,6 faiz), Moldovada 33 885 nəfər (0,9 faiz), Rusiyada 6 300 000 nəfər (4,3 faiz), Ukraynada 192 263 nəfər (0,4 faiz) vaksin olunub.

Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, ancaq cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə hələ başlamayıb.

Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir. Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan lider ölkələr sırasındadır, yalnız Rusiyadan geri qalırıq.

Bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan pandemiya dövründə təkcə iqtisadiyyata deyil, daha çox əhalinin sağlamlığına diqqət ayırır. Prezident İlham Əliyev bununla bağlı demişdi: “Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir”.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Azərbaycanın pandemiyaya qarşı mübarizədə gördüyü işlərlə bağlı Prezidentə ünvanladığı məktubda ölkədə görülmüş işlərə yüksək qiymət verib. Baş direktor Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdi.

Dünyanı bürüyən və artıq üçüncü dalğası başlayan pandemiya bütün mənalarda bir sınaqdır. Azərbaycan bu bəladan xilas olmaq üçün mərhələləri uğurla aşır.

Son xəbərlər

Orphus sistemi