Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti - CƏDVƏL

Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti - CƏDVƏL Dollar möhkəmlənməyə davam edəcək
Analitika
18 Noyabr , 2016 20:38
Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti - CƏDVƏL

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-da bu il noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra dolların möhkəmlənməsi dünyanın əksər valyutalarının məzənnəsinə mənfi təsir göstərib.

"Report"un analitik qrupu bir neçə əsas valyutanın son 10 gündə dollarla müqayisədə vəziyyəti ilə bağlı monitorinq aparıb və bu nəticəyə gəlib ki, Britaniya funtu istisna olmaqla, bütün valyutalar devalvasiyaya məruz qalıb.

ABŞ prezidentinin açıqlamalarından sonra bu valyutalar arasında ən çox ucuzlaşan Meksika milli valyutası olub - 12,3%. Ən az devalvasiyaya məruz qalan pul vahidi isə bizim hazırladığımız cədvəldə Qazaxıstan tengesidir - 1,47%.

Britaniya funtunun bahalaşmasına səbəb "Brexit"dən sonra bu valyutanın dollarla müqayisədə 20%-dək ucuzlaşması göstərilir.

Ölkələr Val.Cütlüyü 8noyabr 18noyabr fərq%
Türkiyə USD/TRY 3,155 3,4 7,77
Rusiya USD/RUB 63,76 65 1,94
C.Afrika USD/ZAR 13,19 14,6 10,69
Meksika USD/MXN 18,3 20,55 12,30
Polşa USD/PLN 3,93 4,2 6,87
Singapur USD/SGD 1,3864 1,4288 3,06
Norveç USD/NOK 8,23 8,6 4,50
C.Koreya USD/KRW 1129 1186 5,05
Braziliya USD/BRL 3,17 3,44 8,52
Argentina USD/ARS 14,95 15,5 3,68
Qazaxıst USD/KZT 340 345 1,47
Avrozona EUR/USD 1,102 1,06 3,81
İngiltərə GBP/USD 1,238 1,241 -0,24
Yaponiya USD/JPY 105 110 4,76
Azərbayc USD/AZN 1,6686 1,7091 2,43

 "Report"un analitik qrupu dolların möhkəmlənməsinin ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi