Cəbrayılda “svilizasiyaların müharibəsi” ssenarisi... - ŞƏRH

Cəbrayılda “svilizasiyaların müharibəsi” ssenarisi... - ŞƏRH Ermənilər Azərbaycanın Cəbrayılda “kilsə”ni dağıtdığını iddia edirlər.
Analitika
276
26 Mart , 2021 11:35
Cəbrayılda “svilizasiyaların müharibəsi” ssenarisi... - ŞƏRH

Ermənilər Azərbaycanın Cəbrayılda “kilsə”ni dağıtdığını iddia edirlər.

“Report”un xəbərinə görə, siyasi icmalçı Asif Nərimanlı bildirib ki, işğal dövründə bütün dini-mədəni irsi məhv edən bir ölkənin belə bir iddiası həyasızlıq olmaqla yanaşı, məkrli planlarından da xəbər verir:

“Kampaniyanın hədəfi xristian dünyasının diqqətini Qarabağa çəkmək və Azərbaycana qarşı mübarizədə dəstək qazanmaqdır. Hətta belə planların işğaldan öncə bu günlər üçün hazırlandığını da deyə bilərik”.

Onun sözlərinə görə, ermənilər dağıdıldığını iddia etdikləri “kilsə”ni Zoravor Surp Astvatsatsin (Qüdrətli Tanrının Müqəddəs Anası) adlandırır. Əslində bunun əsgərlərin istifadə etdikləri tikili olduğu haqda da məlumatlar var:

“Bu adda kilsə İrəvanda yerləşir və vaxtilə Alban katolikosluğuna məxsus olub. Çar Rusiyası tərəfindən Alban katolikosluğunun ləğvi və bütün mülkiyyətinin erməni qriqorian kilsəsinə verilməsindən sonra kilsə də erməniləşdirildi: Zoravor (qüdrətli) sözü də ermənilərin sonradan əlavə etdiyi ifadədir.

Ermənilər Cəbrayılda dağıdılığını iddia etdikləri “kilsəni” 2017-ci ildə tikiblər. Sual yaranır: düzənliyə çevirdikləri və yalnız heyvandarlıq üçün istifadə etdikləri ərazilərdə niyə kilsə tikmişdilər?

Cavabın bu torpaqları qriqorianlaşdırmaq (erməniləşdirmək) olduğu məlumdur, lakin istisna deyil ki, bu ərazilərin nə vaxtsa azad ediləcəyi ehtimalına qarşı indi aprdıqları kampaniyanın təməlini də atmaq planları olub.

Və bu, bir neçə il öncə tikdikləri “kilsənin” müharibədən öncə, yaxud müharibənin gedişatında ermənilər tərəfindən dağıdıldığını ehtimalı yaradır. Azərbaycan Ordusunun Cəbrayılı azad edəndə hər şeyin yerlə-bir edildiyi mənzərəsi ilə qarşılaşması da bu ehtimalı gücləndirir.

Erməni təbliğatı maksimum sürətlə davam edir: kampaniyaya hazırlıq və arxasında hansı qüvvələrin olduğu maraqlıdır.

- Döyüşlərin getdiyi vaxt müharibəni xristian-müsəlman qarşıdurması kimi qələmə vermək cəhdləri edilirdi: bunun arxasında həm də bir sıra ölkələr, xüsusilə Fransanın dəstəyi var idi;
- Müharibə başa çatsa da, eyni cəhdlər davam edir və yenə eyni qüvvələrin ortaq hərəkəti görünür: “kilsə şousu” dünən başladı və eyni gündə Ermənistan xarici işlər naziri Ara Ayvazyan baş separatçı Araiklə müzakirə apardı; Qasparyanın “hərbi qiyamı” başladığı ilk günlərdə çətin vəziyyətə düşən Nikol Paşinyana qarşı Ayvazyanın Avropadakı səfirlərlə “bunt” hazırladığı və sifarişin Fransadan gəldiyi haqda yazmışdıq, münaqişənin həllindən, həm də bölgədən uzaq düşən Makron Ermənistanda diplomatlar vasitəsilə fors-major situasiyaya hazırlaşırdı; indi Ayvazyanın və idarəsinin “kilsə şousu”nu diplomatik kanallarla dünya gündəminə çıxarmaq cəhdləri təsadüfi deyil;
- Martın əvvəlində Avropada erməni diaspor təşkilatları və Eçmiəzdin kilsəsi “Dağlıq Qarabağ və ətraf ərazilərində xristian tarixi və mədəni irsi” adlı veb-simpoziumlar təşkil edirdi: bu, şounun Avropa paytaxtlarında hazırlandığı versiyasını önə çıxarır;
Və ən maraqlı məqam Paşinyanın Azərbaycanla kommuniksiyanın açılmasına dair müsbət mesajları, bölgədə əməkdaşlığı gücləndirəcək növbəti addımların atılacağı xəbərlərinin yayılmasından dərhal sonra bu kampaniyanın başlanmasıdır.

Proseslərin inkişafı kampaniyanın arxasında təkcə Ermənistanın yox, həm də bölgə üzərində maraq müharibəsi tərəflərinin olduğunu deməyə əsas verir: “sivilizasiyaların müharibəsi” ssenarisini oynayırlar...”

Son xəbərlər

Orphus sistemi