Azərbaycanla Aİ-nin əməkdaşlığı – ərazi bütövlüyü, suverenlik uğrunda birgə mübarizə

Azərbaycanla Aİ-nin əməkdaşlığı – ərazi bütövlüyü, suverenlik uğrunda birgə mübarizə Azərbaycan yenə dünyanın diqqət mərkəzindədir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iylun 18-də Bakıya səfəri Azərbaycan rəhbərliyi ilə strateji tərəfdaşlıq məsələlərini, təbii qazın Avropaya nəqlini müzakirə edib. Azərbaycan və Avropa
Analitika
18 İyul , 2022 18:22
Azərbaycanla Aİ-nin əməkdaşlığı – ərazi bütövlüyü, suverenlik uğrunda birgə mübarizə

Azərbaycan yenə dünyanın diqqət mərkəzindədir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iylun 18-də Bakıya səfəri Azərbaycan rəhbərliyi ilə strateji tərəfdaşlıq məsələlərini, təbii qazın Avropaya nəqlini müzakirə edib. Azərbaycan və Avropa İttifaqı arasında Aİ-yə təbii qaz nəqlinin artırılması haqqında Prezident İlham Əliyevlə AK-nin rəhbəri saziş imzalayıb. Avropalı qonaq təbii qazın Aİ-yə şaxələnərək tədarükündə Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirib.

Ursula Fon der Lyayen səfəri zamanı bildirib: "Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev isə Ursula Fon der Lyayen ilə görüşün yekunlarından bəhs edərək bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqu bir çox sahələri əhatə edir.

Bu da tərəflər arasında imzalanan sazişin əhəmiyyəti və miqyasının böyük olduğunu söyləməyə əsas verir.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan 2021-ci ildə 155 milyard kubmetr təbii qaz idxal edib. Bununla da Avropanın ümumi tələbatının 40 %-ini ödəyib. Rusiyanın Ukrayandakı müharibəsi rəsmi Moskva ilə İttifaq arasında bu sahədə ciddi problemlər yaradıb. Ehtimal olunur ki, Rusiya Avropaya qarşı təbii qaz silahından istifadə etməklə Birlik əhalisinə problem yaratmaq istəyir. Vəziyyətdən çıxmaq üçün Aİ yeni mənbələr axtarır. Bu baxımdan rəsmi Brüssel Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Qurum 2027-ci ilədək Respublikadan hər il azı 20 milyard kubmetr “mavi yanacaq” almaq niyyətindədir. Hazırda Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə ildə 10 milyard kubmetr təbii qaz nəql edir.

Azərbaycan tərəfi Avropaya tədarük etmək üçün kiyafət qədər “mavi yanacaq” ehtiyatının olduğunu bildirib. Azərbaycanla Avropa İttifaqı arasında bu istiqamətdə memorandum imzalanıb. Həmin sənəddə tərəflər arasında elektrik enerjisi sahəsində Qara dəniz və Naxçıvan Muxtar Respublikasından keçməklə qarşılıqlı əlaqələri inkişaf etdirmək də nəzərdə tutulub.

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktublarda, Avropa İttifaqı rəsmilərinin çıxış və səfərlərində Azərbaycanın qlobal və regional baxımdan təbii qazın tədarükününü diversifikasiyasında mühüm rolu tez-tez vurğulanır.

Sazişin imzalanması bir daha sübut edir ki, müstəqilliyini bərpa edəndən sonra rəsmi Bakının bu istiqamətdə tutduğu mövqe doğru olub.

Düzdür, bir çoxları, o cümlədən Avropa İttifaqında belə Azərbaycanın irəli sürdüyü layihələrə barmaq arası baxanlar da tapıılırdı. Onlar həmin illərdə Rusiyaya üstünlük verir, rəsmi Bakının irəli sürdüyü layihələri maliyyələşdirməkdən çeşidli bəhanələrlə yayınırdırlar. Hətta, şimaldan bu ideyanın reallaşmasını “xülya” adlandıranlar da var idi.

Ancaq hər mətləbin hakimi zamandır. Kimin necə və hansı üsulla saymasından asılı olmayaraq, həyat və baş verən hadisələr Azərbaycanın irəli sürdüyü ideyaların gerçək olduğunu təsdiqlədi. Bu istiqamətdə Türkiyənin Azərbaycana dəstək olmasını xüsusi vurğulamağa ehtiyac var.

Rəsmi Bakı Qazaxıstanın, Türkmənistanın hasil etdiyi təbii qazın Xəzərin dibi ilə Azərbaycandan keçməklə nəqlini də illər əvvəl gündəliyə gətirib. Ehtimal etmək olar ki, perspektivdə, hətta, Özbəkistanda hasil edilən təbii qazın bu xətlə dünya bazarına çıxması mümkündür.

Azərbaycan razılaşma ilə Avropa İttifaqının təkcə qışda soyuqdan donmasının qarşısının alınmasına yardım etmir, o həm də Birliyin təhlükəsizliyini, demokratik dəyərləri, Ukrayna və quruma üzv dövlətlərin suverenliyini müdafiə edir. Rəsmi Bakı Avropanın bütövlüyünü qorumaqla yanaşı, onu asılılıqdan qurtarır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhvə verirsə, bəs əvəzində nə ala bilər? Fikirimizcə, Azərbaycan beynəlxlaq hüquqa əsasən, ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsini, müdafiə olunmasını istəməsi vacib məsələlərdəndir. Aİ-də daxil omaqla Qərb Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda müharibəni müdafiə edir. Rəsmi Bakı da ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmasını, dəstəklənməsini beynəlxalq ictimaiyyətdən istəyə bilər.

Azərbaycan qurumla razılaşmanı imzalamaqla regional və qlobal təhlükəsizliyə daha böyük töhvə verə bilməsinin mümkünlüyünü sübut edir. Bunun üçün ölkənin müdaxilələrdən qorunması üçün təhlükəsizliyinə təminat başlıca məsələlərdəndir.

Bütün bunlar yaranmış vəziyətdən sui-istifadə deyil, regionun gələcək inkişafı və Avropa İttifaqının üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, güclənməsidir. Bu, qarşılıqlı maraqların təmin olunması üçün də əlavə imkanlar yarada bilər. Odur ki, Azərbaycan və Avropa İttifaqının təbii qazın tədarükündə əməkdaşlığı azadlıq, demokratiya və təhlükəsizliyin təmini uğrunda birgə mübarizə də sayıla bilər.

Son xəbərlər

Orphus sistemi