“Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, Ermənistan isə o əsgəri öldürənə heykəl qoyur” - RƏYLƏR

“Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, Ermənistan isə o əsgəri öldürənə heykəl qoyur” - RƏYLƏR “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycanın sivil, mehriban qonşuluq siyasəti yürütmək istəyən, bəşər tarixinin obyektiv qiymətləndirilməsinə öz dəstəyini verən bir ölkə olduğu bir daha nümayiş etdirildi”.
Analitika
25 Noyabr , 2019 16:21
“Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, Ermənistan isə o əsgəri öldürənə heykəl qoyur” - RƏYLƏR

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycanın sivil, mehriban qonşuluq siyasəti yürütmək istəyən, bəşər tarixinin obyektiv qiymətləndirilməsinə öz dəstəyini verən bir ölkə olduğu bir daha nümayiş etdirildi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini şərh edərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarını ziyarət etməsi və əklil qoyması bir daha göstərdi ki, Azərbaycan Böyük Vətən Müharibəsində həlak olanların hamısının ruhuna çox böyük hörmətlə yanaşır:

“Azərbaycan Böyük Vətən Müharibəsində həlak olanların hamısının ruhuna çox böyük hörmətlə yanaşır”.

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə

“Azərbaycan xalqı həmin dövrdə cəbhəyə yollanmış 600 min nəfərin yarısını orada itirdi. Bu gün qonşu Ermənistandan fərqli olaraq Azərbaycan Böyük Vətən Müharibəsinin nəticələrini təftiş etməyə çalışmır. Rusiyanın, rus əsgərinin bu müharibədə böyük roluna yüksək qiymət verir. Faşistin hər hansı bir formada təzahür etməsinin əleyhinədir. Ermənistanda isə bunun əksi hökm sürür. Onlar faşist Njdeyə əklil qoyurlar. Onlar erməni millətçilərinin faşist Almaniyası ilə əməkdaşlığını göylərə qaldırırlar. Bu gün onlar Rusiya ilə münasibətlərinə, ilk növbədə, qisasçılıq, Rusiyanın böyük rolunun azaldılması və Böyük Vətən Müharibəsinin nəticələrinə təftiş nöqteyi-nəzərdən baxırlar. Bu, bir daha onu göstərir ki, hakimiyyətdə orta əsr təfəkkürlü insanlar olduqda, beynəlxalq hüquq normalarına hörməti kənara atdıqda bu gün Ermənistan kimi bəşəriyyəti təəccübləndirən bir nəticəyə gəlmək olar”.

Politoloq Arzu Nağıyev isə “Report”a bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq öz səfərini davam etdirməsi təqdirəlayiqdir:

“Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq öz səfərini davam etdirməsi təqdirəlayiqdir”.

Arzu Nağıyev

Politoloq

“Çünki biz SSRİ-nin tərkibində Azərbaycan xalqı olaraq Böyük Vətən Müharibəsində həddən artıq itkilərlə üzləşmişik. Buna baxmayaraq, biz qalib xalqıq. Ermənistan rəhbərliyi isə bunun əksinə olaraq Qaregin Njdeyə heykəl ucaldır. Təsəvvür edin ki, Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, onun məzarını ziyarət edir, Ermənistan isə həmin naməlum əsgəri qətlə yetirənə abidə ucaldır. Görün, bu, nə qədər paradoksal bir məsələdir. Biz qalib gəlmiş bir xalqın nəvələri olduğumuzu unutmuruq. Eyni zamanda, Qaregin Njdenin nəvələri də faşistin nəvələri olduğunu unutmurlar. Mehriban xanım Əliyevanın Moskvaya səfəri zamanı Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət etməsi bir daha sübut etdi ki, Azərbaycan bir dövlətin müstəqilliyi uğrunda canından keçmiş şəxsin yanındadır. Ermənistan isə həmin əsgəri qətlə yetirən faşistlərin yanındadır. Bununla yanaşı Ermənistan üç məsələdə sərbəst deyil: Qondarma soyqırım, kilsə və Dağlıq Qarabağ məsələsinin həlli. Ermənistan üçün işğal etdiyi torpaqları iqtisadi cəhətdən saxlamaq böyük bir problemdir. Hələ nəzərə alaq ki, bu gün Ermənistanın tənəzzülə uğramış iqtisadiyyatı var”. 

Son xəbərlər

Orphus sistemi