Amerikalı ekspert: "Azərbaycanda kadr islahatları milli maraqların möhkəmlənməsinə xidmət edəcək"

Amerikalı ekspert: "Azərbaycanda kadr islahatları milli maraqların möhkəmlənməsinə xidmət edəcək" Piter Teys: "Azərbaycan iqtisadi inkişafın doğru yolundadır"
Analitika
143
24 Oktyabr , 2019 11:36
Amerikalı ekspert: Azərbaycanda kadr islahatları milli maraqların möhkəmlənməsinə xidmət edəcək
Piter Teys

"Azərbaycan Nazirlər Kabinetindəki cari dəyişikliklər Prezident İlham Əliyevin dövlət qulluğunu canlandırmaq və ölkənin xarici siyasətini gücləndirmək üçün apardığı uzaqgörən strategiyadır".

Bunu "Report"a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin görkəmli və layiqli xidməti Azərbaycanın müasir tarixində böyük nailiyyətlər irsi formalaşdırıb: "Bununla yanaşı, gənc mütəxəssislərin təyin edilməsi gənc və dinamik dövlət qulluqçularının irəliyə çəkilməsinin və Azərbaycanda dərin köklərə malik Qərb-Avropa dövlət idarəetməsi və dövlət qulluğu üslubunun sübutudur".

"Azərbaycan iqtisadi inkişafın doğru yolundadır və kifayət qədər praqmatik siyasət aparır. Yeni təyin olunmuş kadrlar Azərbaycanın milli maraqlarını, ərazi suverenliyini və bütövlüyünü qorumağa davam edəcək", - amerikalı politoloq vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Kadr islahatları labüddür, bu, qaçılmazdır" deyib. Dövlət başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Qeyd edək ki, M.Cabbarov bu postda Azərbaycanın Baş Nazirinin müavini təyin olunan Şahin Mustafayevi əvəzləyib.

Bununla yanaşı, Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb, ardından o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi