Ağdamda İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr BMT ilə əlaqələrdə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Ağdamda İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr BMT ilə əlaqələrdə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH Bu gün, martın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Azərbaycan hökuməti ilə ölkədə fəaliyyət göstərən BMT sistemi arasında İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr təşkil edilir. Bu format Azərbaycanın xarici siyasət konsepsiyasında mühüm r
Analitika
16 Mart , 2023 12:43
Ağdamda İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr BMT ilə əlaqələrdə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Bu günlərdə işğaldan azad edilmiş Ağdam şəhərində Azərbaycan hökuməti ilə ölkədə fəaliyyət göstərən BMT sistemi arasında İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr təşkil edilir. Bu format Azərbaycanın xarici siyasət konsepsiyasında mühüm rol oynamaqla yanaşı, həm də ölkəmizlə BMT arasındakı əlaqələrin inkişafında yeni mərhələ açıb.

Xatırladaq ki, bir il əvvəl, 2022-ci il martın 18-də Azərbaycan hökumətinin BMT sisteminin müxtəlif agentlikləri ilə birgə Şuşa şəhərində tədbiri keçirilmişdi. Tədbir çərçivəsində azad edilmiş ərazilərdə dağıntıların miqyası və həyata keçirilən bərpa, yenidənqurma işləri ilə bağlı məlumatlar BMT agentliklərinin nümayəndələrinə təqdim edilib, onlarla həm bu ərazilərdə, həm də ümumiyyətlə ölkə daxilində iş birliyinin təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib. Bu format nəticəsində ermənilərin uzun illər ərzində Qarabağda törətdikləri vandallıqlar bir daha dünya ictimaiyyətinin, o cümlədən BMT nümayəndələrinin diqqətinə çatdırılıb. Həmçinin qarşılıqlı əməkdaşlıq formatının inkişafına şərait yaradılıb. Bu baxımdan, sözügedən formatın davam etdirilməsi, əlbəttə, müstəsna əhəmiyyətə malikdir.

Builki toplantıda 35-dən çox hökumət və BMT rəsmisi iştirak edir. Tədbirdə ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərinin rolu, humanitar minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istifadəsi, habelə kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender və ölkəmizin BMT ilə digər əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olacaq. Bu isə o deməkdir ki, sözügedən format Azərbaycan üçün nə qədər maraqlıdırsa, bir o qədər də iştirakçılar üçün əhəmiyyətlidir.

Ümumiyyətlə, BMT ilə rəsmi Bakı arasında əlaqələrin gücləndirilməsi təkcə siyasi motivli addım deyil. Bu məsələnin həm də sosial, humanitar tərəfləri var.

Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. İndi bizim prioritetimiz bölgədə sülh və sabitliyin təmin olunmasıdır. BMT dünyanın əsas təhlükəsizlik təşkilatıdır. Deməli, tərəflər arasında əlaqələrin indi yeni mərhələyə daxil olması təbiidir.

İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr həm də BMT ölkələri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün töhfədir. Dünya dövlətləri regionun əsas siyasi aktoru olan rəsmi Bakı ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdırlar. Deməli, işğaldan azad edilmiş ərazilərdə keçirilən tədbirlər həm də onlar üçün füsətdir.

Ümumiyyətlə, tədbir Azərbaycanın dinamik şəkildə həyata keçirdiyi bir neçə fəaliyyət və təşəbbüsünü daha da inkişaf etdirmək üçün uyğun formatdır. Belə ki, ölkəmizin COVID-19 pandemiyasına qarşı Qoşulmama Hərəkatı xətti ilə əldə etdiyi uğurlar, humanitar minatəmizləmə və davamlı şəhərsalma kimi sahələrdə qazandığı nailiyyətlər bənzər problemlər ilə üzləşən ölkələr üçün faydalı nümunədir. Artıq dünya dövlətləri oxşar məsələlərlə bağlı Azərbaycan təcrübəsindən yararlanmağa başlayıblar.

Tədbirdə azad edilmiş ərazilərin bərpa və yenidənqurması, oraya insanların qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi də əsas müzakirə mövzularından biri olacaq.

Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiq edilməsi də tədbir iştirakçılarının müzakirə edəcəyi mövzular arasındadır. Qeyd edilməlidir ki, həmin prosesin ilkin mərhələsində həyata keçirilmiş tədbirlər çərçivəsində dünyada post-böhran bərpası sahəsində aparıcı olan bu üç beynəlxalq təşkilat Azərbaycanın bərpa və yenidənqurma proseslərində əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Qeyd edək ki, BMT-nin nümayəndə heyəti artıq Füzuliyə gedib. Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.

Həmçinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi