Politoloq: "ABŞ-ın Azərbaycanla bağlı siyasətində ideoloji amillər praqmatik amillərlə əvəzlənəcək"

Politoloq: "ABŞ-ın Azərbaycanla bağlı siyasətində ideoloji amillər praqmatik amillərlə əvəzlənəcək" "Əslində çox şey dəyişilə bilər"
Analitika
9 Noyabr , 2016 16:27
Politoloq: ABŞ-ın Azərbaycanla bağlı siyasətində ideoloji amillər praqmatik amillərlə əvəzlənəcək

Bakı. 9 noyabr. REPORT.AZ/ "ABŞ-ın Cənubi Qafqaz regionu üzrə siyasətinin dəyişəcəyini ehtimal etmək olar. Əlbəttə, bu da Azərbaycana təsirsiz ötüşməyəcək, hər iki ölkə arasında münasibətlər dəyişə bilər". 

Bu fikirləri "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Trampın ABŞ prezidenti seçilməsi gözlənilməz hadisə oldu: “Əslində çox şey dəyişilə bilər. ABŞ-ın həm Azərbaycan, həm də digər ölkərlə münasibətlərində dəyişikliklər olacaq. Buna kompleks şəklində baxmaq lazımdır, yəni məsələni ABŞ-ın regiondakı siyasəti ilə uzlaşdırmaq lazımdır”.

İ.Vəlizadə qeyd edib ki, iki ölkə arasında əlaqələr daha çox praqmatizim üzərində qurulacaq: “Demokratların dövründə ABŞ-Azərbaycan münasibətlərində ideoloji amillər çox idi. Onlar praqmatizmdən uzaq idi. İndi ideoloji amillər praqmatik amillərlə əvəzlənəcək və beləliklə, bir çox məsələlərdə, o cümlədən enerji və təhlükəsizlik məsələlərində bizim münasibətlərimiz daha da sıx ola bilər. Bu da regiondakı vəziyyətə təsir edəcək. Bu dəyişikliklər təkcə Cənubi Qafqaz regionunda deyil, Xəzəryanı regiona da kifayət qədər təsir edəcək".

Politoloq ABŞ və Rusiya arasında əlaqələrin perspektivindən də danışıb: "İki ölkə arasında münasibətlər bütün sahələrdə təzədən baxılacaq. Dmitriy Medvedyev prezident olanda Barak Obama ilə danışıqlara start vermişdi. Bu danışıqlar əsasında gözlənilirdi ki, Rusiya ilə ABŞ arasında münasibətlər bütün sahələrdə təzədən baxılacaq və hansısa canlanma müşahidə olunacaq, amma bu alınmadı. Çox güman ki, Tramp həmin proqrama yenidən start verəcək. Hər halda Rusiya-ABŞ dialoqu gözlənilir, amma dialoqun nəticələrindən hələ danışmaq tezdir. Çünkü iş orasındadır ki, ikitərəfli münasibətlər o qədər pisləşib, orada o qədər ziddiyətlər var ki, dialoqun başlanılması böyük naliyyətdir”.

Son xəbərlər

Orphus sistemi