Abort, “dedovşina”, seksual zorakılıq - Puça çıxan ümumerməni yalanları - ŞƏRH

Abort, “dedovşina”, seksual zorakılıq - Puça çıxan ümumerməni yalanları - ŞƏRH Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas iş prinsipi yalan və manipulyasiya üzərində qurulduğu artıq heç kəsə sirr deyil. Diplomatik və hərbi uğursuluğa düçar olan kimi dərhal erməni təbliğat maşını işə düşür və dünyaya yalanlar tirajlamağa başlayır.
Analitika
25 Avqust , 2023 12:57
Abort, “dedovşina”, seksual zorakılıq - Puça çıxan ümumerməni yalanları - ŞƏRH

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas iş prinsipi yalan və manipulyasiya üzərində qurulduğu artıq heç kəsə sirr deyil. Diplomatik və hərbi uğursuluğa düçar olan kimi dərhal erməni təbliğat maşını işə düşür və dünyaya yalanlar tirajlamağa başlayır. Amma 2020-ci ildəki müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra rəhbərliyin tirajladığı yalanların çox böyük əksəriyyəti sabun köpüyü kimi partlamağa başlayıb. İstər suriyalı muzdlular, istərsə də Türkiyə ordusunun Qarabağdakı hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tirajlanan feyk xəbərlər heç bir rezonansa səbəb olmadı. Bu yalanlar sadəcə Ermənistanı dəstəkləyən Fransa, İran, Yunanıstan kimi ölkələrin mətbuat orqanlarını bəzəməkdən başqa heç bir işə yaramadı.

BMT Təhlükəsizlik Şurasında tərs sillə alan Ermənistan rəhbərliyi bu dəfə də dövriyyəyə yeni yalanlar buraxmağa başladı. Amma hər zaman olduğu kimi, bu yalanlar hələ tirajlanmadan “partlayaraq” qəlpələrini Ermənistanın siyasi rəhbərliyinin üzərinə səpir. İstənilən erməni yalanı və feyk məlumat Azərbaycan diplomatiyasının sərrast və dəqiq cavabları ilə puça çıxır. Erməni təbliğat maşını BMT uğursuzluğundan sonra yeni manipulyasiyalara, yalanlara əl atmağa başladı. Bununla belə, hər bir yalan növbəti uğursuzluğa düçar olmaqla yanaşı, erməni cəmiyyətinin silkələnməsinə, Paşinyan kabineti ilə xalq arasında yaranan uçurumu daha da dərinləşdirməyə başladı.

Arazdəyən istiqamətində Ermənistanın metallurgiya zavodu inşa etmək cəhdi Azərbaycanın sərt mövqeyi ilə dalana dirənmişdi. Bu zavodu inşa etmək üçün bayraq şousundan tutmuş, müxtəlif manipulyasiyalara əl atan erməni rəhbərliyi istənilən halda bu zavodu istifadəyə verəcəyini dəfələrlə bəyan etmişdi. Amma sən saydığını say, gör fələk nə sayır! Beynəlxalq tribunalarda, səfirlər və XİN başçıları ilə görüşdə qaldırılan hay-küy heç bir nəticə vermədi. Artıq Ermənistan rəhbərliyi tüpürdüyünü yalamağa məcbur olaraq zavodun başqa əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edildiyini etiraf etməyə məcbur qalıb.

BMT Təhlükəsizlik Şurasının iclasında tərs sillə yeyən erməni diplomatiyası yeni ümid yeri kimi üzünü Ermənistanın Müdafiə Nazirliyinə tutdu. İclasdan dərhal sonra Ermənistanın müdafiə nazirliyi az qala gün ərzində 2-3 dəfə Azərbaycan Silahlı Qüvvələrinin xüsusən də Kəlbəcər rayonu istiqamətində, Sotk qızıl mədəni istiqamətində atəşkəsi pozması barədə yalan tirajlamağa başladı.

Ermənistan ordusunda son dövrlər baş verən hərc-mərclik, zorbalıq, əsgər intiharları, seksual zorakılıq halları artıq biabırçı həddə çatıb. Artıq elə bir həftə yoxdur ki, Ermənistan KİV-də bu səpkidə xəbərlər yayılmasın. Zorlanan, döyülən və öldürülən əsgərlərlə bağlı cəmiyyətdə baş verə biləcək xaosun qarşısını almaq üçün müdafiə nazirliyinin atəşkəsin pozulması barədə nağılı bu tip xəbərləri ört-basdır etməkdən başqa bir məqsədə xidmət etmir. Eyni zamanda, erməni siyasi elitası da bu xəbərlərin tirajlanması ilə Azərbaycanı dünyaya təcavüzkar kimi göstərməkdə canfəşanlıq edirlər. Guya atəşkəsin pozulması sərhədyanı kəndlərdə əhalini narahat edir, insanların həyatına mənfi təsir göstərir. Bu isə dünya ictimaiyyətinin diqqətini məsələyə cəlb etmək, Azərbaycan Ordusunun zorba obrazını yaratmaq cəhdindən başqa bir şey deyil. Amma sərhədyanı kənd icmalarının rəhbərləri bilərəkdən və ya bilməyərəkdən bu yalanları ifşa edərək Azərbaycan əsgərlərinin mülki əhaliyə atəş açmadığını, kənddə həyatın öz axarı ilə davam etdiyini, ara-sıra güllə səsi eşitdiklərini bildirirlər. Sonradan isə baş nazirlik aparatının təzyiqi ilə bəzi kənd icmaları açıqlamalarını “bəzəmək” məcburiyyətində də qalıblar.

Azərbaycan Ordusunun hətta 44 günlük müharibə dövründə mülki şəxslərə atəş açmadığı artıq bütün dünya tərəfindən qəbul edilib və rəğbətlə qarşılanıb. Belə olduğu halda, erməni təbliğat maşınının tirajladığı xəbər boşluğa atılan güllədən başqa bir şey deyil. Amma Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyaları ilə paralel bir vaxtda Qarabağda yaşayan erməni separatçıları da bu illuziyaya qapılaraq gündə 1-2 dəfə Azərbaycan Ordusunun tarlada işləyən mülki əhalini atəşə tutması barədə xəbərlər yaymağa başladı. Hər dəfə də şüşəsinə bir güllə dəymiş traktor, əkin sahəsində “atəşə” məruz qalan hayın hay-küyü heç İrəvanda da eşidilmədi. Separatçıların tirajladığı yalanlar bununla bitmədi. Aylardır “blokada” şəraitində yaşayan ermənilərin qida və dərman ləvazimatı qıtlığı yaşadığı barədə tirajlanan yalanı elə Qarabağ ermənilərinin sosial şəbəkə hesablarındakı foto və videoları ilə təkzib edildi.

Bununla yanaşı, sakitləşməyən separatçı rejim “blokada” vəziyyətinə görə Qarabağ erməniləri arasında abort hallarının 3 dəfə artdığı barədə yeni yalan tirajladı. Əslində, Anahit kultunun törəmələri olan erməni qadınların rus sülhməramlıları ilə qeyri-etik münasibətləri barədə xəbərlər kifayət qədər yayılıb. Abortların səbəbini burada
axtarmaq daha məntiqli olardı. Eyni zamanda, son günlər Qarabağda əkiz uşaqların dünyaya gəlməsi, toy mərasimlərinin keçirilməsi ilə bağlı Qarabağ ermənilərinin sosial şəbəkə hesablarında dərc edilən kifayət qədər material və video, ermənidilli seqmentdə yayılan xəbərlər də separatçı rejimin yalanını ifşa edir.

Qarabağdakı ermənilərin Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları ilə toqquşması da vəziyyətin gərginləşməsindən xəbər verir. Xocalıdakı rus hərbi bazasının girişini bağlamağa cəhd edən erməni ilə rus əsgərinin dialoqu, hərbçinin qəzəbi də artıq rusların da ermənilərdən bezdiyini bir daha sübut edir. Bütün dünyanı özünə borclu bilən erməni xisləti artıq iflasın son həddinə yaxınlaşıb.

Artıq dalana dirəndiyini hiss edən erməni baş nazir BMT TŞ uğursuzluğunu həzm edə bilmir. Xalqa açıqlama verərək erməni diplomatiyasının və yalan oyununun artıq işləmədiyini, regionda geosiyasi reallıqların dəyişdiyini izah etməkdənsə, yenə də günahı kiməsə atmaq yolunu tutdu. Bu dəfə isə Paşinyanın hədəfi ABŞ və Böyük Britaniya idi. Ermənistan hökuməti BMT TŞ uğursuzluğunda ABŞ və Böyük Britaniyanı günahlandırdı və qətnamə qəbul edilməməsinin səbəbkarı kimi bu iki nəhəng dövləti günah keçisi göstərməyə cəhd etdi. Amma bu açıqlamanın mürəkkəbi qurumamış həm ABŞ, həm də Böyük Britaniya rəsmi səviyyədə fərziyyəni təkzib edərək, məsələ ilə bağlı heç bir əlaqələrinin olmadığını bildirdilər. Əslində, siyasi manipulyasiyaya əl atan Paşinyana okeanın o tayından da, bu tayından da qapaz gəldi. Nikol əslində bu yalan manipulyasiyaları ilə imzalanacaq sülh müqaviləsini ləngitmək, işə salınacaq Zəngəzur dəhlizindən böyük tikə qoparmaq niyyətindədir. Təsadüfi deyil ki, Paşinyanın Qafana səfəri ilə eyni vaxtda guya Azərbaycan Ordusunun Qafan hava limanını atəşə tutması barədə xəbər tirajlandı. Erməni müxalifəti isə Qafan hava limanının tam yanındakı Azərbaycan mövqeyinin fotosunu yayaraq, ərazinin Azərbaycanın nəzarətində olduğunu bildirdi.

Görünən odur ki, Paşinyan tükənmək üzrədir. Erməni kilsəsinin də son həftə aktivləşməsi, Paşinyan əleyhinə sərt bəyanatlar səsləndirməsi, müxalifətin yenidən insanları küçə yürüşlərinə səsləməsi, “Gallup” sorğusunun nəticələri də Ermənistandakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Artıq region yeni geosiyasi reallıqlara qədəm qoyur. Paşinyanın yalan maşını və oyunları region ölkələri ilə yanaşı, bütün dünyanı da təngə gətirib. Başqa yolunun qalmadığını hiss edən Paşinyan dünən açıqlama verərək Azərbaycan tərəfinə sülh müqaviləsi ilə bağlı şərtlərini göndərdiyini bəyan edib. Günün və regionun reallığı budur: Paşinyan ya quzu kimi Azərbaycanın qətiyyətli mövqeyinə tabe olub sülh danışıqlarını sürətləndirərək sənədi imzalayacaq, ya da "dəmir yumruğu" yenidən hiss edəcək. Bu isə dağılmaq, səfalət və deportasiya ilə çalxalanan erməni cəmiyyətinin sonu ola bilər…

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi