İslahatların aparılması yeniləşmə, tərəqqi, firvanlıq və gələcəyə ümidlə baxmaq üçün şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti
Cari ildə dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişiklikləri diqqətinizə çatdırırıq.
Prezident Administrasiyasında dəyişikliklər
Prezident oktyabrın 23-də
Noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub. İctimai-siyasi məsələlər üzrə şöbə ləğv edilib.
Bundan başqa, dövlət başçısının sərəncamları ilə Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Zeynal Səfər oğlu Nağdəliyev Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Dövlət başçısı Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Şahmar Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Ədalət Məqsəd oğlu Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmələri barədə də sərəncamlar imzalayıb.
Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Ona general-polkovnik ali hərbi rütbəsi verilib.
Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Nazirlər Kabinetində dəyişikliklər
Prezident İlham Əliyevin sərəncamı ilə Baş Nazir Novruz Məmmədovun yerinə
Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanla
Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb.
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:
İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar);
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti;
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti;
İqtisadiyyat Nazirliyinin regional bölmələri;
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.
Vergilər naziri işləmiş
Daxili İşlər naziri
Rayon icra hakimiyyətlərində kadr dəyişikliyi
Bu il 19 rayonda icra hakimiyyəti başçıları dəyişdirilib: Ağstafa, Goranboy, Yevlax, Ağcabədi, Ağsu, Zərdab, Saatlı, Sabirabad, Masallı, Hacıqabul, Şirvan, Xaçmaz, Siyəzən, Şabran, Bakının Xətai, Xəzər, Yasamal, Suraxanı, Naxçıvan Muxtar Respublikasının Culfa rayonları.
Bu yeniləmə və yerdəyişmə ilə Prezidenti icra başçıları qaşrısında yeni dövr üçün yeni tapşırıqlar verib. Öz işinin öhdəsindən gələ bilməyən, korrupsiyaya qurşanan icra başçıları sərt şəkildə cəzalandırılacaq.
Münaqişənin həlli, “Qarabağ Azərbaycanındır Nida!!!”
Qarabağla bağlı danışıqlarda Azərbaycan hakimiyyətinin mövqeyi dəyişməz qalıb. Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan bu bölgəsi ilə bağlı beynəlxalq güclərin vasitəçilik etdiyi danışıqlarla bağlı yerli telekanallara müsahibəsində deyib: “Deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olub. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər”.
Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həllinə səy göstərməkdənsə, ritorik çıxışlar edib. Onun işğalçı ritorikası cavabsız qalmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunda çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən “qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” iddiasına yekun cavab verib. Azərbaycan Prezidenti iclasdakı çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən xüsusi olaraq vurğulayıb: “Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!”
Qeyd edək ki, toplantıda 71 ölkəni mindən çox nümayəndə təmsil edib. “Telegram” çat proqramında noyabrın 27-də bu hesabdan
Qarabağı işğal altında saxlayan erməniçilik-faşizm
Prezident İlham Əliyev Ermənistanın faşistləri təbliğ etməsi faktını bir daha açıqlayıb. O, cari ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırlatmışdı: “Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub”.
Qeyd edək ki, Njde Hitlerin insanlığa qarşı olan ideologiyasının həyata keçməsində canfəşanlıq göstərib. Yəhudilərin soyqırımında iştirak edib. Yəhudi soyqırımında fəal iştirak etmiş Njdeyə heykəli Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımını törədənlərdən biri Serj Sarqsyan qoydurub, bu gün isə onu Nikol Paşinyan müdafiə edir.
Njdeyə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində qoyulan xatirə lövhəsinin üzərinə boya tökülüb. Bunu yerli Dumanın deputatı Aleksey Vinoqradov edib. O bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.
Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfəri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk rəsmi səfərini Rusiyaya edib. Rusiyaya rəsmi səfəri zamanı da ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı diqqət mərkəzində olub. Birinci vitse-prezident Rusiya prezidenti Vladimir Putin, bu ölkənin Hökumət sədri Dmitri Medvedev, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə, eyni zamanda X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar, mədəni və s. sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidentinin Moskva şəhərində Kremlin divarı yaxınlığında, Aleksandr bağında Naməlum Əsgərin məzarını ziyarət etməsi də Azərbaycan-Rusiya münasibətlərində vacib məqamlardan sayıla bilər. Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bu ziyarət iki ölkənin ortaq tarixinə hörmətin göstəricisidir. Birinci vitse-prezident bu ziyarətlə keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanın Rusiya ilə birlikdə ortaq düşmənə, faşizmə qarşı mübarizədə xidmətlərini yada da salıb.
Milli Məclisin buraxılması
Prezidentin apardığı islahatların davamı olaraq dekabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxmaq haqqında qərara səs verib. Fevralın 9-da isə növbədənkənar parlament seçkisi keçiriləcək.
Milli Məclisin buraxılması da islahatın başlıca prinsiplərinə, yeniləşməyə, daha müasir dünyagörüşə və çevikliyə əsaslanır.
Növbəti bələdiyə seçkisi
Dekabrın 23-də növbəti bələdiyyə seçkisi keçirilib.
Beynəlxalq tədbirlərin məkanı
Azərbaycan bölgənin əhəmiyyətli, təhlükəsiz dövləti olduğunu dəfələrlə təsdiqləyib. Martın 14-də Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçirilib. Tədbirdə 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və başqa mövzularda məruzələr edilib. Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Oktyabrın 25-dən 29-dək Azərbaycan paytaxtında Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü olub. Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti baş tutub. NATO və Rusiya hərbi liderlərinin Bakıda dəflərlər görüşməsi Azərbaycanın təhlükəsiz və etibarlı olduğunu təsdiqləyən faktlardandır. Cari il iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin Bakıda görüşüblər. Bu, Rusiya və NATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil. Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. Onda Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi, general Cozef Danford ilə görüşmüşdü. Həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının baş komandanı Kertis Skaparotti ilə görüşüb. Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə edib. Həmin görüşlərdə hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğu vurğulanıb. Ötən görüşlərdən birində Valeri Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunun artmasını qeyd edərək bu istiqamətdə gərginliyin azalması istiqamətində şəraitin yaradılmasını diqqətə çatdırmışdı. Cari il noyabrın 26-da Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.
Son söz əvəzi
2019-cu il Azərbaycan Respublikasının tarixində dərin islahatlara başlanğıc və ciddi kadr dəyişikliyi ili olaraq qalıb. Prezident islahatlarla bağlı vurğulayıb: “İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.
Heç şübhəsiz, dəyişikliklər və islahatlar bütün dövlət məmurlarına verilən fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıqdır. Dövrün və günün tələbinə cavab verə bilməyən(lər)in tutduğu vəzifədən getməsi labüddür. Ona görə də kadr dəyişikliyinin 2020-ci ildə də davam edəcəyi istisna edilmir. Yeni kadrlarla islahatların dərinləşəcəyi gözlənilir.