Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari İlham Əliyevə Zəfər Günü münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib.
"Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur", - deyə Pakistan Prezidenti vurğulayıb.