Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclası Nyu-Dehlidə keçiriləcək

Azərbaycan və Hindistan Nyu-Dehlidə ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 7-ci iclasını keçirməyə hazırlaşırlar.

"Report" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata görə, Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva ilə görüşüb.

"Tərəflər Hindistan və Azərbaycan hökumətlərarası komissiyasının Nyu-Dehlidə baş tutacaq 7-ci iclasına hazırlığın gedişatını müzakirə ediblər", - məlumatda bildirilib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın əvvəlki iclası 2023-cü ildə Bakıda keçirilib.

Digər xəbərlər