Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikos Kanellos Bakıya gəlib.

"Report" xəbər verir ki, o, yaxın günlərdə etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

O, bu postda Dimitrios Tsunqası əvəz edəcək. N.Kanellos bu təyinata qədər Vyetnamda Yunanıstan səfiri olub.

Digər xəbərlər