Bakı inkişaf və dəyişiklik sürətinə görə qlobal statistikada yüksək nəticə göstərir.
"Report" xəbər verir ki, bunu "Boston Consulting Group" qlobal konsaltinq şirkətinin nümayəndəsi Yekaterina Şapoçka Bakıdakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dəyişiklik üçün tikilib: Şəhərlər gələcək uğrunda necə rəqabət aparır?" mövzusunda müzakirə zamanı deyib.
O qeyd edib ki, "Boston Consulting Group"un hazırladığı 2014-2024-cü illərdə ən sürətlə dəyişən 20 şəhər" adlı tədqiqatına əsasən, Azərbaycanın paytaxtı dördüncü kvantildə qərarlaşıb:
"Xüsusilə yaşayış şəraiti baxımından, demək olar, Bakı üçün ən yüksək kvantildədir. Bu isə şəhərin uğurlu transformasiyasını göstərir".
O əlavə edib ki, ümumilikdə, Qərb şəhərləri iqtisadi və yaşayış üçün əlverişlilik baxımından siyahıya liderlik edir:
"Yaxın Şərq, Çin və Orta Asiya şəhərləri isə ən sürətli dəyişikliklərə malikdir".