Xusan Ermatov: Əbədi dostluq haqqında müqavilə Özbəkistan-Azərbaycan münasibətlərinə yeni təkan verəcək

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək.

Bu barədə Özbəkistan Ali Məclisinin deputatı Xusan Ermatov Daşkənddə keçirilən "İslam sivilizasiyası" beynəlxalq mediaforumu çərçivəsində "Report"un müxbirinə müsahibəsində bildirib.

"Bu müqavilə ölkələrimiz arasında artıq formalaşmış münasibətlərin - möhkəm dostluğun, sıx əlaqələrin və yüksək səviyyəli qarşılıqlı etimadın məntiqi davamı oldu", - o bildirib.

Onun sözlərinə görə, Daşkənd və Bakı ticarət, sənaye kooperasiyası, investisiya əməkdaşlığı və mədəni əlaqələrin daha da inkişaf etdirilməsini hədəfləyir, imzalanmış Əbədi dostluq haqqında müqavilə isə qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək.

İki ölkənin regionları və şəhərləri arasındakı əməkdaşlıqdan danışarkən, o, qardaşlaşma münasibətlərinə dair sazişlərin vacibliyini qeyd edib.

Ermatov, həmçinin Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əlaqələrin vacibliyini vurğulayıb.

"Parlament nümayəndəli hakimiyyət orqanı kimi çox vacib rol oynayır. Bu gün ölkələrimiz arasında sıx və konstruktiv parlamentlərarası əlaqələr formalaşıb", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən parlament forumlarında və tədbirlərində fəal iştirak edir.

Birgə mədəni-tarixi layihələrin perspektivlərindən danışan Ermatov Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin xüsusi rolunu qeyd edib: "Bu daha çox bir yerdə ola, münasibətlər qura və perspektiv planları müzakirə edə biləcəyimiz bir platformadır".

Digər xəbərlər