Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluq ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə və aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad etdi. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov Qazax həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Nazirlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və s. çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.
Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin qeyd olunacağını diqqətə alaraq, Nazir Tileuberdi Azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.
Nazir Ceyhun Bayram həmkarının dəvətini məmnunluqla qəbul edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
XİN nazirlərin görüşü ilə bağlı məlumat yaydı
Digər xəbərlər
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
16 oktyabr, 2026 / 23:10
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
16 oktyabr, 2026 / 19:49
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
16 oktyabr, 2026 / 19:34
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
16 oktyabr, 2026 / 18:50
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16 oktyabr, 2026 / 18:00
BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
16 oktyabr, 2026 / 16:50
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
16 oktyabr, 2026 / 16:30
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
16 oktyabr, 2026 / 16:16
Azərbaycan və Şri-Lanka XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər
16 oktyabr, 2026 / 15:33
Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
16 oktyabr, 2026 / 14:27
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib
16 oktyabr, 2026 / 14:11
Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır
16 oktyabr, 2026 / 13:17
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
16 oktyabr, 2026 / 12:45
II Azərbaycan-Özbəkistan Rektorlar Forumunda 40-dan çox anlaşma memorandumu imzalanıb - YENİLƏNİB
16 oktyabr, 2026 / 12:43
Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
16 oktyabr, 2026 / 09:46
Azərbaycan XİN Pakistana başsağlığı verib
16 oktyabr, 2026 / 09:34