XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"

“Macarıstan uzun illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddətdə Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xüsusilə Vətən müharibəsi dövründə Macarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndiririk”, - o bildirib.

Xəbər lenti

Talaçaydan sel keçir 16 iyun, 2025 / 09:19