Xaled Akaşe: Bakıda islamofobiya konfransı müsəlmanların üzləşdiyi problemlərə diqqət çəkir

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans cəmiyyətlərin dini dözümsüzlükdən qurtulmağa doğru atılan addımdır.

Bu barədə “Report”a açıqlamasında Vatikanın Dinlərarası Dialoq Dikasteriyasında dini münasibətlər komissiyasının keçmiş katibi Mons. Xaled Akaşe bildirib.

"Azərbaycana, onun Prezidenti İlham Əliyevə və hökumətinə, eləcə də bu tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür etmək istərdim. Bu tədbir əsasən müsəlman qardaş və bacılarımızın üzləşdiyi problemlərə diqqət çəkir", - o qeyd edib.

X.Akaşenin sözlərinə görə, konfrans iştirakçıları vahid çağırışla çıxış edirlər: “Bura dinindən, etnik mənsubiyyətindən, mədəniyyətindən, dilindən, siyasi baxışlarından asılı olmayaraq hər bir qardaş və bacıya hörmət etmək və s. daxildir. Yalnız bu yolla biz sülh, birlik və harmoniya içində yaşaya bilərik. Bu, həqiqətən mümkündür. Şübhəsiz ki, bu konfrans qurtulma üçün doğru yolda bir addımdır".

Digər xəbərlər