Putin Polad Bülbüloğlunu mükafatlandırıb

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə fəxri diplomla təltif edilməsi barədə sərəncam imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Azərbaycan səfirini 75 yaşı münasibətilə təbrik etmişdi.

Digər xəbərlər