Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan və bütün dünyadakı müsəlmanları təbrik edib.
“Report” xəbər verir ki, səfirin “Twitter” səhifəsindən paylaşılan müraciətdə qeyd olunur:
“Müqəddəs “Eid əl Ədha” bayramı münasibətilə qardaş Azərbaycan xalqına ən isti arzularımızı yetiririk. Qoy bu bayram ailələrinizə mehribanlıq və məhəbbət gətirsin, evlərinizdə əmin-amanlığı daim etsin”.
Səfirliyin yaydığı videogörüntülərdə isə səfir, xanımı və oğlu bayram münasibətilə Azərbaycan dilində təbriklərini çatdırıb.