Bakı. 24 noyabr. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının növbəti iclası 2017-ci ilin ikinci yarısında Qazaxıstanda keçiriləcək.
“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, iclasın dəqiq tarixi hələ məlum deyil.