Türkiyəli nazir: Rəqəmsal mühitdə uşaqlarla əlaqəli tənzimləmələrdə ciddi addımlara hazırlaşırıq

Türkiyədə rəqəmsal mühitdə, sosial media və oyun platformalarında uşaqlarla əlaqədar hüquqi tənzimləmə həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, yaxın zamanda bu barədə müvafiq qərarlar təqdim ediləcək:

"Uzun müddət həmin sənəd üzərində çalışırıq. Çünki bir sıra ölkələrdə 13-15 yaşlı uşaqların sosial şəbəkələrə və internetə çıxışı ilə bağlı məhdudiyyətlər var. Odur ki, bununla əlaqəli ciddi addımlara hazırlaşırıq. Uşaqlar üçün dost tətbiqlərlə onlar üçün zərərsiz rəqəmsal mühit qurmağa çalışırıq. Həmçinin rəqəmsal mühitdəki zərərli informasiyaları müəyyən edərək uşaqlar üçün əlçatmaz hala gətirməliyik".

Digər xəbərlər