“Zəngəzur dəhlizinin açılması Azərbaycanın haqqıdır”.
“Report” xəbər verir ki, bunu türkiyəli politoloq Abdullah Ağar “Haber Global”ın efirində Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, Ermənistan bu məsələdə vaxtı uzatmağa çalışır:
“Halbuki, Zəngəzur dəhlizinin açılması ən çox Ermənistanın özünün xeyrinədir”.
Ekspertin sözlərinə görə, Ermənistan iddialarından əl çəkərsə, bununla həm də öz gələcəyini təmin edə bilər.