Türkiyə səfirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin diplomatik missiyası sosial şəbəkədə paylaşım edib.

“9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.

Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, – paylaşımda qeyd olunub.

Digər xəbərlər