Sevilyada məşhur fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

İspaniyanın Sevilya şəhərində yerləşən məşhur İspaniya meydanındakı Visente Travera fəvvarəsi Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Madriddəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, aksiya 8 Noyabr – Zəfər Gününə həsr olunub.

"Sevilyanın qəlbində Azərbaycan bayrağının rəngləri", – səfirliyin paylaşımında qeyd olunub.

Digər xəbərlər