Azərbaycanın İndoneziyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir təşkil edib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Tədbir zamanı şəhidlərin xatirəsi yad edilib, onların mərdliyinə və fədakarlığına ehtiram göstərilib, həmçinin Azərbaycan xalqının mətanəti və birliyi qeyd olunub.
Tədbirdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının baş katibi Çem Vidya, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziyadakı rəhbərliyi, diplomatik missiyaların rəhbərləri, Azərbaycan icmasının, medianın nümayəndələri və qonaqlar iştirak ediblər.