Türkiyə Milli Müdafiə Nazirliyi Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
"Report" qurumun "X" hesabındakı paylaşımı təqdim edir:
"Can Azərbaycanın Ulu Öndəri mərhum Heydər Əliyevi vəfatının 22-ci ilində rəhmət və hörmətlə anırıq. Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamını bir miras kimi nəsildən-nəsilə ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik", - məlumatda qeyd olunub.