Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 16 dəfə artıb.
"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, münasibətlər 2012-ci ildən bəri çox inkişaf edib:
"Bu günə qədər 57 sənəd imzalamışıq. Bu gün də 10-dan artıq sənəd mübadilə edildi. Bu münasibətlərimiz baxımından güclü təməldir".