Azərbaycanla Filippin arasında birbaşa uçuş və viza ilə bağlı müzakirələr davam edir.
Bunu "Report"un Ankara bürosuna Filippinin Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada - red) Henri Bensurto bildirib.
Səfir deyib ki, hazırda Azərbaycanla bu iki məsələ ilə bağlı fəaliyyətlər intensivləşib:
"Hər iki ölkə qarşılıqlı olaraq vizaların ləğvini və birbaşa hava yolunun açılmasını istəyir. Biz də bu istiqamətdə fəaliyyətimizi artırmışıq. Əgər bu məsələlər həll olunsa ölkələrimiz arasında gediş-gəlişlər çoxalar və insanlarımız arasında yaxınlaşma və əlaqələr sürətlənər".