Bakı. 28 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işçi səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən xəbərə görə, nazir baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.
Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.