Qızılın qiyməti cüzi artaraq bir unsiya üçün 1800 ABŞ dollarını keçib. Birjalar ABŞ-da makrostatistik məlumatların açıqlanmasını gözləyir.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 808,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,68% artaraq 1 unsiyası 20,258 ABŞ dolları təşkil edib.
İnvestorlar ABŞ-ın əmək bazarının iyul ayı üçün məlumatlarını gözləyir. Bu məlumatlar ölkənin monetar siyasətinə, dolların məzənnəsinə və dolayı yolla qızılın qiymətinə təsir edə bilər.