Qətər Dövlətinin Əmiri Azərbaycan Prezidentinə məktub yazıb

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da möhkəmlənməsini arzulayıram.

Sizə ən yüksək ehtiramla".

Digər xəbərlər