Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 40-a yaxın azərbaycanlı gəncin iştirakı ilə "Meet & Greet" adlı şəbəkələşmə tədbiri keçirilib.

Bu barədə "Report"a Azərbaycanlı Tələbələr və Məzunlar Platformasından (ASAP) məlumat verilib.

Qeyd edilib ki, Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü Mirgünay Bayramova çıxış ediblər.

Onlar beynəlxalq arenada təmsil edən ölkəni təmsil edən gəncliyin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar.

O cümlədən, ASAP Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə məlumat verib.

Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.

Digər xəbərlər