Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
"Report"un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə gül çələngi qoyub.
Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, bu gün Atatürkün vəfatından 88 il ötür.