Misirin xarici işlər naziri Azərbaycana səfər edəcək

Misirin xarici işlər naziri Sameh Şükri gələn ay Azərbaycana gələcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, S.Şükri oktyabrın 25-26-da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Bakıda keçiriləcək XVIII sammitində iştirak edəcək.

Qeyd edək ki, sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Digər xəbərlər