Tailand sürətlənən urbanizasiya və əhalinin sürətli qocalması ilə üzləşir ki, bu da mənzil sisteminə təzyiqi artırır.
"Report" xəbər verir ki, bunu BMT-nin Tailanddakı Daimi əlaqələndiricisi Mikaela Friberq-Stori WUF13 çərçivəsində panel müzakirəsində bəyan edib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkə əhalisinin təxminən 60%-i şəhərlərdə yaşayacaq, bu zaman Banqkokdan başqa ikinci dərəcəli şəhərlər də mühüm rol oynayır və inkişaf siyasətində ayrıca diqqət tələb edir.
O vurğulayıb ki, mənzil gündəliyi davamlı inkişafın daha geniş kontekstində və bütün BMİH-a nail olmaq üçün alət kimi nəzərdən keçirilməlidir.
"Biz çox sürətlə qocalayan bir cəmiyyət görürük və bu, mənzil sektoru üçün yeni çağırışlar yaradacaq. 2030-cu ilə qədər Tailand əhalisinin təxminən 60%-i şəhərlərdə yaşayacaq", - o deyib.