Kiyevdə "Azərbaycan-Ukrayna: SES tikintisi və bərpa olunan enerji sahəsində tərəfdaşlığın yeni imkanları" mövzusunda dəyirmi masa keçirilib.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X sosial şəbəkəsində yazıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, enerji sahəsinin ekspertləri, həmçinin profil şirkətlərin rəhbərləri iştirak ediblər.
Diplomat qeyd edib ki, Ukrayna tərəfi Rusiya hücumları şəraitində ölkənin enerji sistemini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib.