Kəmaləddin Heydərov: Azərbaycanla Qətər arasında çoxşaxəli əlaqələr daim genişlənir

Azərbaycanla Qətər arasında çoxşaxəli əlaqələr daim genişlənir.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri, Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov Bakıda Qətərin Milli Günü münasibətilə təşkil olunan rəsmi qəbulda deyib.

Nazir Qətər xalqını Azərbaycanın Prezidenti İlham Əliyevin adından təbrik edib, bu dövlətə əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

K.Heydərov Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını söyləyərək iki ölkə liderlərinin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələr arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Nazir, həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.

Digər xəbərlər