Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Azərbaycanın BMT-nin Vyana ofisi yanında yeni təyin olunmuş daimi nümayəndəsi kimi etimadnaməsini BMT-nin Vyana ofisinin baş direktoru Monika Jumaya təqdim edib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin saytında bildirilib.
"Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (Vyana) yanında yeni daimi nümayəndəsi Kamil Xasiyev bu gün etimadnaməsini BMT-nin Vyana ofisinin baş direktoru Monika Jumaya təqdim edib", - məlumatda qeyd olunub.