İlham Əliyev: Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi

Qarabağ müharibəsi başa çatanda Ermənistan Azərbaycan gələcək əlaqələri sahəsində boşluq var idi.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib.

"O vaxt fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk Qrupu da demək olar iflic vəziyyətinə düşmüşdü. Çünki onlar da bilmirdi ki, nə etmək lazımdır. Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Qarabağ münaqişəsi, Ermənistan- Azərbaycan münaqişəsi hərbi – siyasi yolla öz həllini tapmışdı. Məhz Azərbaycan baxışlarını ortaya qoydu və dedik ki, boşluq çox davam edə bilməz. Azərbaycan danışıqlar prosesinin təşəbbüskarı oldu. Bundan sonra da cavab gəlmədi və biz məlum beş prinsipi təklif etdik və onun əsasında sülh sazişi mətnini hazırladıq".

Dövət başçısı xatırladıb ki, danışıqlar prosesi bunun üzərində başladı:

"Amma danışıqlar hamar getmirdi. Bunun əsas əsas səbəbi o idi ki, Ermənistan sülh sazişinə Qarabağla bağlı müddəanı əlavə etdirmək istəyirdi. Amma bu, heç bir məntiqə sığmırdı. İzah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir. Ermənistan təkidlə mövqeyindən geri çəkilmək istəmirdi. Əsas, fundamental məsələ imkan vermirdi ki, tərəflər razılığa gəlsin. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan reallıqlarla barışmalı və real danışıqlar prosesi başlandı. Artıq neçə aydır ki, tərəflər sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını bəyan edirlər".

Prezident əmin olduğunu bildirib ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi bölgəyə sülh gətirib.

"Ermənistanın “ev tapşırıqları” da var. Onların konstitusiyasındakı ərazi iddiaları imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Bu dəyişikliklər ediləndən sonra sülh sazişi istənilən vaxt imzalan bilər. Azərbaycan və Ermənistan rəhbərləri paraflanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, bölgəyə davamlı sülh gəlib. Bu gün mətbuat konfransında da dedim, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli kabinetində, dünyanın ən qüdrətli prezidentinin iştirakı ilə bunu etdik".

Digər xəbərlər