İbrahimoviç: Monteneqro Vaşinqton razılaşmalarını alqışlayır

Monteneqro avqustun 8-də Vaşinqton sammitində əldə edilən razılaşmaları alqışlayır.

"Report"un məlumatına görə, bunu Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

İbrahimoviç qeyd edib ki, Bayramovla bugünkü danışıqlarda Bakı ilə İrəvan arasında sülh prosesi, xüsusilə Vaşinqton razılaşmaları da müzakirə edilib.

"Biz əldə edilmiş razılaşmaları alqışlayırıq. Ümid edirik ki, Azərbaycan təkcə regionda deyil, həm də dünyada sülh, sabitlik və rifah nümayiş etdirməyə davam edəcək. Biz, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıyıq", - o bildirib.

Digər xəbərlər