İranın ədliyyə naziri Azərbaycana səfər edəcək

Bakı. 9 fevral. REPORT.AZ/ İranın ədliyyə naziri Mustafa Pur-Məhəmmədi fevralın 16-17-də Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakıdakı danışıqlar zamanı nazir qurumlar arasındakı əməkdaşlığı, məhbusların mübadiləsi məsələsini və digər aktual məsələləri müzakirə edəcək.

Digər xəbərlər