Şimali Makedoniya Prezidenti: Azərbaycan Avropada enerji böhranının həllində mühüm rol oynayır

Azərbaycan əhəmiyyətli qaz resurslarına malikdir və Avropada enerji böhranının həllində mühüm rol oynayır.

Bu barədə "Report"un Dublinə ezam olunan əməkdaşına Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova İrlandiyada Avropa Siyasi Birliyinin 9-cu Sammitində bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev də hazırkı sammitdə iştirak edir. Aydındır ki, qaz resurslarına malik olan Azərbaycan Avropada enerji böhranının həllində çox mühüm rol oynayır. Bu gün plenar iclas zamanı biz Aİ siyasətçilərinin Avrasiya və Asiya ilə münasibətləri nə dərəcədə fəal inkişaf etdirdiyini eşitdik. Həqiqətən də, ciddi enerji böhranı şəraitində bütün yollar enerji resursları istehsalçısı olan ölkələrə aparır", - o qeyd edib.

Digər xəbərlər